Tiflis Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir - Qaribaşvili
    • 1-06-2023, 15:27
    • 351

Tiflis Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir - Qaribaşvili

Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir və bu, həm bu iki ölkənin, həm də bütövlükdə regionun maraqlarına cavab verir. 

News24.az xəbər verir ki, Bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə bildirib.

Qaribaşvili qeyd edib ki, Qarabağda 44 günlük müharibədən sonra Tbilisi Bakı ilə İrəvan arasında çox mühüm və faktiki olaraq ilk uğurlu vasitəçiliyi həyata keçirib. “Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsiz mövqe tutur”, - baş nazir bildirib.

Qeyd edək ki, 44 günlük müharibə zamanı Tiflis İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi üçün platforma təklif edib. Qaribaşvilinin özü dəfələrlə platforma - dinc qonşuluq təşəbbüsü yaratmaq ideyası ilə çıxış edib, onun çərçivəsində üç ölkə arasında mədəni, iqtisadi və digər məsələləri həll etmək mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan 2022-ci ilin iyulunda Tbilisidə ikitərəfli görüş keçiriblər.

Akqabay