Gürcüstanın Müdafiə naziri AZƏRBAYCAN SƏFİRİ İLƏ GÖRÜŞDÜ
    • 2-10-2019, 10:53
    • 902

Gürcüstanın Müdafiə naziri AZƏRBAYCAN SƏFİRİ İLƏ GÖRÜŞDÜ

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşüb. 

News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə tərəflər Gürcüstan və Azərbaycanın müdafiə nazirlikləri arasında əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Azərbaycanla hərbi əməkdaşlıqdan əlavə İ.Qaribaşvili bu sahədə Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığının formatına da toxunub.

Nazir, həmçinin hərbi təhsil sahəsində də Azərbaycanla əməkdaşlıq və təcrübə mübadiləsindən danışıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı hərbi attaşesi, polkovnik-leytenant Fuad İbrahimov da iştirak edib.