Pandemiyadan ölüm sayı azalıb - Sahil Babayev
    • 2-06-2023, 13:17
    • 281

Pandemiyadan ölüm sayı azalıb - Sahil Babayev

Ölkəmizdə pandemiyanın təsirinin azalması fonunda ölüm sayının azalması müşahidə olunur.

News24.az 
xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ölkədə müsbət demoqrafik dəyişikliklər müşahidə edilir.

"Ümumi göstəricilərlə MDB məkanında Azərbaycan alıcılıq qabiliyyətinə görə birinci yerdədir. Məşğulluğa nəzər salsaq, bu ilin ilk dörd ayı ərzində 18 min şəxs işlə təmin edilib. Son beş ildə isə 1 milyon vətəndaşımız müxtəlif məşğulluq proqramlarına cəlb olunub. Əmək müqavilələrinin bağlanmasında da ciddi artımlara nail olmuşuq. Belə ki, 450 mindən çox əmək müqaviləsinin bağlanmasına şahid olmuşuq”,- deyə nazir bildirib./trend/