İbrahimoviç karyerasını bitirdi
    • 5-06-2023, 09:04
    • 167

İbrahimoviç karyerasını bitirdi

Məşhur futbolçu Zlatan İbrahimoviç karyerasını bitirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu İtaliya çempionatının final mərhələsinin “Milan” – “Verona” oyunundan sonra azarkeşlər üçün keçirilən vida mərasimində deyib.

"Futbolla vidalaşmağın vaxtıdır. Amma mən sizinlə vidalaşmıram, əziz azarkeşlər" - deyə İbrahimoviç bildirib.