İbrahimoviç “Milan”la yeni müqavilə bağladı
    • 6-07-2022, 13:12
    • 236

İbrahimoviç “Milan”la yeni müqavilə bağladı

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalayıb.

 News24.az Apasport.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Sky Sport” nəşri çıxış edib.

Bildirilib ki, karyerasını bitirmək fikrində olmayan 40 yaşlı forvard klubla danışıqları yekunlaşdırıb. “Milan” yaxın günlərdə onunla yeni 1 illik saziş imzalandığını açıqlayacaq. İsveçli superulduzun maaşı 1 milyon funt sterlinqə qədər azaldılıb. O, həmçinin əlavə bonuslar da qazana bilər.

Sol dizindəki əməliyyatdan sonra sağalma prosesində olan İbranın 2022-ci ildə meydana çıxmaq şansı azdır.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 27 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.