Ərdoğanın qarşısına qoyulan inanılmaz hesabat - Onu görəndən sonra...
    • 5-06-2023, 13:50
    • 580

Ərdoğanın qarşısına qoyulan inanılmaz hesabat - Onu görəndən sonra...

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabineti açıqladı, artıq bu gündən nazirlər vəzifələrinin icrasına başlayırlar. Nazirliklər olduğu kimi qalıb, səhiyyə naziri Fahrettin Koca və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoydan başqa bütün nazirlər dəyişib.

News24.az xəbər verir ki, “Hürriyet” qəzetinin köşə yazarı Abdülkadir Selvi Ərdoğanın deputatların 65%-ini dəyişdirməklə ilk dəyişikliyin anonsunu verdiyini bildirib.

“Ərdoğan bununla siyasətə yeni bir sinif gətirmiş oldu. AK Partiya 21 ildir hakimiyyətdədir. Bu seçkilərdə ən çox tələb olunan tələb dəyişiklik idi. Ərdoğan AKP-nin 21 illik təcrübəsini qoruyaraq partiyanı yeniləyir. Ancaq kabinet dəyişikliyi bir az fərqlidir. İbn Haldun “Coğrafiya taledir” deyib, parlamentdəki deputatların sayı da eynilə belədir. Bəzilərinin davam edəcəyi dəqiq idi. Bir dəfə nazirlər uğursuz olduqları üçün dəyişməyib. Seçkilərdən sonra Ərdoğana verilən hesabatda parlamentdə kəskin bir tarazlığın olduğu və müxalifət yeni bir fraksiya qurarsa, komissiyalarda çalışmaqda çətinlik çəkəcəyi bildirilib. Ona görə də millət vəkili olan nazirlər istefaya göndərilmədi”, - deyə Selvi qeyd edib.

Akqabay