Bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK, bu rayonlarda... — Nazirlikdən XƏBƏRDARLIQ
    • 5-06-2023, 15:39
    • 710

Bu tarixdən hava KƏSKİN DƏYİŞƏCƏK, bu rayonlarda... — Nazirlikdən XƏBƏRDARLIQ

Azərbaycanda iyun ayının 5-i gündüzdən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq.

Bunu News24.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

“Xüsusilə də Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvan rayonlarında yağıntıların intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə 25-30 m/san-dək güclənəcək. 

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir. 

Bakıda və Abşeron yarımadasında iyun ayının 6-sı səhərdən 8-i səhərə qədər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Küləyin maksimal sürəti 15-20 m/san, bəzi yerlərdə isə 23-28 m/san-yə çatacaq”.

Akqabay