Ermənilər TƏŞVİŞDƏ:
    • 5-06-2023, 16:31
    • 190

Ermənilər TƏŞVİŞDƏ: "Böhranla üz-üzəyik, anklavlar Bakıya verilsə..."

“Bu gün biz dövlətimizin tarixində görünməmiş böhranla üz-üzəyik, Ermənistanın baş nazirinin dediklərinin mənası budur ki, Türkiyə-Azərbaycan tandemi bizi tərksilah etməyə məcbur edir”. 

News24.az xəbər verir ki, bunu erməni politoloq Avetik Çalabyan deyib.

“Anklav adlandırılan o kəndlər verilsə, Ermənistanın ən azı üç əsas yolu Azərbaycan hərbçiləri tərəfindən bağlanacaq. Əgər biz türklərə dözsək, qonşu kimi yaşamağa çalışsaq, bu, bizim rüsvayçılığımız hesabına baş verməməlidir. Lakin bu gün üzərimizə birtərəfli güzəştlər tətbiq olunur ki, bu da bizi zəiflədir və yeni güzəştlərə yol açır”, - deyə Çalabyan qeyd edib.

Akqabay