Bakıda “Chevrolet” yanıb

Bakıda “Chevrolet” yanıb Hadisə
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının mənfi 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında “Chevrolet” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.