Bakıda quldurluq edən keçmiş məhkum tutuldu
    • 6-06-2023, 11:06
    • 124

Bakıda quldurluq edən keçmiş məhkum tutuldu

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Maksim Abdullayev saxlanılıb.

Araşdırmalarla onun metronun “İnşaatçılar” stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub.