Ərdoğanın “sirr küpü” bu ölkəni qorxuya saldı — Təcili hərəkətə keçdilər
    • 6-06-2023, 11:20
    • 734

Ərdoğanın “sirr küpü” bu ölkəni qorxuya saldı — Təcili hərəkətə keçdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetdə Hakan Fidanın xarici işlər naziri təyin edilməsi Yunanıstanda gündəm olub.

News24.az xəbər verir ki, yunan mətbuatında yer alan təhlildə Hakan Fidanın çətin və təhlükəli işlərdə böyük təcrübəyə malik olduğu vurğulanıb.

Xəbərdə Fidanın türk gücünün görünməyən tərəfini simvolizə etdiyi ifadə edilib: “O, Yaxın Şərq, Şimali Afrika və Qafqaz kimi diplomatiyanın çox çətin olduğu sahələrdə danışıqlar apardı. Son olaraq Misirdə çətin vəzifəni icra etdi və nəhayət qapını açmağı bacardı”.

Hakan Fidandan xüsusilə Türkiyə-Amerika münasibətləri başda olmaqla, beynəlxalq aləmdə bir sıra məsələlərin həlli istəniləcəyi bildirilib.

MİT-də bütün bu illər ərzində çox ağıllı, hərbçi, diplomat, akademik və mükəmməl situasiya mütəxəssisi olan Hakan Fidanın Türkiyə Xarici İşlər Nazirliyinin başına gətirilməsi Prezident Ərdoğanın gələcəkdə necə bir siyasət izləyəcəyini göstərir”, - xəbərdə vurğulanıb.

Xəbərdə Fidanın profilinin xarici siyasətdə Ərdoğanın Türkiyənin güclü üslubunu qorumaq niyyətini nümayiş etdirdiyi şərh edilib.

Akqabay