İnsanları sui-qəsdə sövq edən məşhur brend üzr istədi - FOTO
    • 21-02-2019, 12:04
    • 1 155

İnsanları sui-qəsdə sövq edən məşhur brend üzr istədi - FOTO

Dünyaca məşhur “Burberry” brendi üzr istəmək məcburiyyətində qalıb.

News24.az xəbər verir ki, buna səbəb brendin təçkil etdiyi qəribə dəfilə olub.

Həmin gün podiuma çıxan model Liz Kennedi təqdim etdiyi geyimlərdən birini tənqid edib.

Tənqidə səbəb isə geyimin dizaynında dar ağacı ipinin istifadə edilməsi olub.

Model brendə “Sui-qəsd dəb deyil. Bu görüntünün podiumda görünməsinə necə yol verdiyinizi anlaya bilmirəm” – deyərək, sərt irad bildirib.

L. Kennedinin iradlı paylaşımından sonra “Burberry” şirkəti hər kəsdən üzr istəmək məcbiyyətində qalıb.

Teymur MƏMMƏDOV