-
- 6-06-2023, 11:41
- 269
Plana düşən evlərə niyə dəyərindən az KOMPENSASİYA verilir? — VİDEO
Əmlak bazarında aydan-aya qiymətlər artsa da, hansısa bina yaxud da fərdi evlərin söküntüsü zamanı sakinlərə təklif edilən kompensasiyanın məbləği dəyişmir.
News24.az Xəzər TV-yə istinadən bildirir ki,əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu qənaətdədir.
Onun sözlərinə görə, mənzillərin qiyməti və kompensasiya həcminin artım tempi arasında böyük fərq var.
O qeyd edib ki, təklif edilən kompensasiya ilə əksər hallarda vətəndaşlar yeni ev almaqda çətinlik çəkirlər
Elnur Fərzəliyevin sözlərinə görə, bu uyğunsuzluq özünü paytaxtın mərkəzi hissələrində daha qabarıq formada büruzə verə bilər.
Ekspert əlavə edib ki, hazırda söküntüyə görə kompensasiyalar əsasən tikintini həyata keçirən şirkətlər tərəfindən müəyyən edilir. Kompensasiyaların ödənilməsi zamanı mütləq şəkildə əmlak bazarı araşdırılmalı və buna əsasən qərar verilməlidir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.