Kaxovka SES partladıldı — Daşqın ola bilər
    • 6-06-2023, 12:08
    • 268

Kaxovka SES partladıldı — Daşqın ola bilər

Ukraynanın Xerson vilayətində Kaxovka su elektrik stansiyası partladılıb. 

News24.az
xarici mediya istinadən xəbər verir ki, su basan ərazilərdən əhalinin təxliyəsinə başlanılıb. 

Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin Kaxovskaya su elektrik stansiyasının bəndinin partladılmasını təsdiqləyib və suyun 5 saatdan sonra kritik həddə çatacağını bildirib.

Ukrayna Daxili İşlər Nazirliyi isə potensial daşqın zonalarından dinc əhalinin təxliyə edildiyini açıqlayıb. Nazirlik xəbərdarlıq edib ki, Nikolaevka, Olqovka, Levo, Tyaginka, Ponyatovka, İvanovka, Tokarevka, Pridneprov kəndləri və Xersonun bir hissəsi - Korabel adası su basması təhlükəsi altındadır. Bu səbəbdən tonlarla su Dnepr çayına axıdılıb.  

Rusiya səlahiyyətliləri isə bəndin təmir edilə bilməyəcəyini bildiriblər. Hazırda dağıntının miqyası, suyun sürəti və həcmi müəyyən edilir.

Rusiya tərəfi Kaxovka SES-ə Ukrayna ordusunun atəş açdığını iddia edir.  

Qeyd edək ki, sözügedən SES Rusiyanın nəzarəti altında olan ərazilərdə yerləşir.

Qumral