Bakıda kişi bıçaqla arvadının əllərini deşik-deşik etdi
    • 6-06-2023, 14:25
    • 776

Bakıda kişi bıçaqla arvadının əllərini deşik-deşik etdi

Bakıda arvadını döyərək xəsarətlər yetirən Lerik rayon Şiraband kənd sakini, 1984-cü il təvəllüdlü Anar Xələfova cinayət işi açılıb.

News24.az əldə etdiyi məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində həyat yoldaşını döyərək burnunu sındıran, baş və ənsə nahiyələrinin müxtəlif xəsarətlər yetirən şəxs Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məsuliyyətə cəlb edilib. Onun barəsindəki işin materialları Sabunçu rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə çıxış edən zərərçəkmiş şəxs Nuranə Xələfova xeyli vaxtdır ailədə şiddətə məruz qaldığını deyib: “2009-cu ildə Anarla ailə həyatı qurmuşam, 2 övladımız var. Əvvəllər hər şey normal idi, amma son vaxtlar münasibətimizdə problemlər yarandı. Səbəb isə Anarının içki aludəçisi olmasıdır. O, hər gün sərxoş olub evdə dava salırdı, bir bəhanə ilə məni döyürdü. Hadisə baş verən gün axşam saat 8-də işdən evə gəldim. Anar evdə qazın zəif olmasını bəhanə gətirib dava-dalaş saldı, məni döydü, sifətimə, başımın arxasına yumruqla vurdu. Bundan əvvəl də məhkəməyə hazırlıq iclasından sonra dəfələrlə evdə məni döyüb, əllərimi bıçaqla deşik-deşik edib. Bu barədə məhkəməyə fotoşəkillər təqdim etmişəm. Xahiş edirəm ərimi həbs edin”.

Anar Xələfov isə arvadını döymədiyini deyib və onun yalan danışdığını iddia edib.

Sabunçu rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxsə 3 ay həbs cəzası verilib. Onun barəsində polisin nəzarət altına verilmə qətimkan tədbiri ləğv edilib və məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Taleh BAĞIROV