Şəfiqə Nağıyeva sürücüdən polisə şikayət etdi?
    • 6-06-2023, 14:58
    • 286

Şəfiqə Nağıyeva sürücüdən polisə şikayət etdi?

Məlumat verdiyimiz kimi, ötən gün gecə saatlarında vəkil Şəfiqə Nağıyevanı prodüser Tarix (Tolik) Əliyevin ad günündən çıxarkən avtomobil vurub.

News24.az xəbər verir ki, vəkil "Ümid ilə gəl" verilişinin canlı efirində sürücüdən şikayət etməyəcəyini deyib:

"Xəstəxananın bütün heyətinə, polislərimizə təşəkkür edirəm. Anında gəldilər, maraqlandılar. Bu can mənim canım deyil, bunu Allah verib. Allah da lazım olanda məndən alacaq. Məsələ ondadır ki, sürücünün ağır xəstə olan anası var, ona baxır. Ailəsi, uşaqları da var. Ondan polisə şikayət etməyəcəm".