Türkiyədə dollar və avrodan yeni rekord
    • 7-06-2023, 09:55
    • 183

Türkiyədə dollar və avrodan yeni rekord

Türkiyədə sürətlə bahalaşmağa başlayan dollar və avronun yüksəlişi davam edir.

News24.az xəbər verir ki, gecə saatlarında 22 lirə səviyyəsini keçərək yeni rekord qıran dollar, saat 08:00-dan etibarən 22,24 lirədən ticarət olunur.

Avro da günə yeni rekordla başlayıb. Saat 08:00-a olan məlumata görə, 1 avro 23,86 lirəyə bərabərdir. /Haberler.com/