-
- 14-11-2024, 19:45
- 152
"YouTube" Premium istifadəçiləri də reklam gördü
Son həftələrdə "YouTube" Premium istifadəçiləri xidmətdə reklamlar görməyə başlayıblar.
News24.az Redaktor.az-a istinadla xəbər verir ki, istifadəçilər həm videodan əvvəl, həm videodan sonra, həm də əsas səhifədə reklam gördüklərini bildiriblər.
Bu hallardan biri Almaniyada baş verib, burada "Google" reklamların qismən göstərilməsinə imkan verən "Premium Lite" planını sınaqdan keçirir, lakin istifadəçinin "Lite" abunəçisi və ya tam "Premium" abunəçisi olması bəlli deyil.
"YouTube" dəstək qrupundan bildirilib ki, reklamlar bəzən xüsusi tərəfdaşlıqlar və ya məhdud zamanlı təkliflər vasitəsilə görünə bilər. Həmçinin "YouTube" nümayəndələri qeyd ediblər ki, ödənişli abunəçilər reklamları görməməli və gördükləri halda mütləq dəstək xidməti ilə əlaqə saxlamalıdırlar.