Aynişanda üçündən də var —  Özü danışdı
    • 7-06-2023, 12:02
    • 405

Aynişanda üçündən də var — Özü danışdı

Bu gün unutqanlığımla bağlı çox mesaj aldım, həddindən çox insan eyni problemlə savaşırmış. Bir çox səbəblər yazıldı. Ən çox göstərilən səbəblər koronavirus, vaksin və zob oldu. İş orasındadı ki, məndə hər 3-ü var.

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı, məşhur influenser Aynişan Quliyeva instaqramda yazıb. Zob xəstəliyi olduğunu deyən Aynişan həm də son günlər yaddaşının zəifləməsindən gileylənib:

"İndi mən hardan bilim sırf nədən yaranıb. Gələn həftəyə o qədər həkimdən randevu götürmüşəm ki, sizi də bilgiləndirəcəm", - o, sonda qeyd edib.