-
- 21-02-2019, 13:44
- 924
Tanınmış müğənni uşaq oğurluğunda suçlanır
Özbək əsilli rus müğənnisi Əzizənin ətrafında gözlənilməz qalmaqal yaranıb.
Rusiyanln 1-ci kanalında yayımlanan "Əslində" verilişində Yuliya Yakovleva adlı 31 yaşlı qadın 54 yaşlı Əzizəni suçlayaraq, qızını ondan oğurlamaq istədiyini bəyan edib. O, bildirib ki, müğənni onun ailəsini dağıdaraq, qızı ilə yanaşı əri Canatan Haydarovu də əlindən almağa cəhd edir.
Əzizə açıqlama verərək bildirib ki, 2007-ci ildə Canatan ilə sevgili olublar. Hətta ailə qurmağı da planlaşdırıblar. Lakin Əzizənin ana ola bilməməsi onu bu fikrindən daşındırıb və Canatandan ayrılıb. Canatan isə 4 il əvvəl Y. Yakovleva ilə ailə qurub və 1 qız övladları dünyaya gəlib.
Əzizə Yuliyanın ittihamlarını qəbul etməyərək, bildirib ki, Canatan arvadı ilə yola getmədiyindən qızını da götürüb, onun evinə gəlib. Hazırda evində qonaq saxladığı keçmiş sevgilisi müğənniyə arvadından boşanıb, onunla evlənmək və qızını birgə böyütmək niyyətində olduğunu deyib. Əzizə keçmiş sevgilisinin bu təklifi qəbul etdiyini etiraf edib.
Sonra Canatanın qayınanası efirə təşrif buyurub və kürəkənini vurub. Verilişdə bəlli olub ki, kişinin əs adı Canatan yox, Vladimrdir. Verilişdə o da bəlli olub ki, Əzizənin eks sevgilisi Yuliyanın ilk nigahdan olan 8 yaşlı qızını döyüb. Bu açıqlamadan sonra Əzizə bildirib ki, bir daha eks sevgilisinə yardım etməyəcək, uşağına da yaxın durmayacaq. Çünki uşaq əsl anasının himayəsində böyüməlidir.
News24.Az