Hüseyn yeni yaşında qorxulu anlar yaşadı
    • 7-06-2023, 15:53
    • 521

Hüseyn yeni yaşında qorxulu anlar yaşadı

Azərbaycanlı videobloqer Hüseyn Həsənov ad gününü Maldiv adalarında qeyd edib.  

News24.az
olay-a istinadən xəbər verir ki, 29 yaşını qeyd edən sosial şəbəkə ulduzu oradan Dubaya gedərkən insidentlə üzləşib.  Bu barədə o, instaqram hesabında məlumat yayıb. Hüseyn tualetdə qaldığını, panik atak olduğu üçün qorxulu anlar yaşadığını bildirib. 

“Bu təyyarədəki tualet kiçik şkaf kimidir. Mən qapalı məkanda ola bilmərəm. Həyatımın ən pis 15 dəqiqəsi idi. Panik atak var. Qorxu ilə üz-üzə gəldim”.