-
- 7-06-2023, 16:50
- 30 795
Xırdalanda marşrut avtobusunda qanlı dava – Arvadının yanında döydülər
Xırdalanda marşrut avtobusunda kişini həyat yoldaşının yanında döyən 18 yaşlı Turqay Kərimlinin məhkəməsi keçirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə Turqay Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
Bildirilib ki, Q.Xalıqov küçəsində yerləşən "Zəka" marketin qarşısında 119 saylı marşrut avtobusunda iki qadın dalaşarkən onlardan birinin əri davaya müdaxilə edib. Bu zaman Turqay davaya qarışan Həsənağa adlı kişiyə hücum edərək ona zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs burunun küt travması, burunüstü nahiyənin qançırı, burun sümüyünün qapalı yerdəyişən sınığı və sair xəsarətlər alıb.
Məhkəmədə Həsənağa Əliyev hadisə barədə bunları deyib: “Saat 12 radələrində arvadımla avtobusa mindik, o, salona keçdi, mən isə qapının qarşısında kartla ödəniş edirdim. Bu zaman səs-küy gəldi, qonşum Aynurənin arvadım Gülnazın saçından tutub yerə yıxdığını gördüm. Belə ki, aprel ayından Aynurəgillə uşaq üstündə ədavət yaranmışdı. Aynurə həmin vaxtdan bu yana tez-tez bizim ailəni narahat edirdi. Onlara yaxınlaşıb aralamağa çalışdım. Amma Aynurə arvadımın saçından tutub buraxmaq istəmirdi. Buna görə də onun əlindən bir neçə dəfə vurdum. Bu zaman tanımadığım bir nəfər mənim belimdən tutub dartmağa başladı. Elə bu məqamda da qonşum Turqay 7-8 dəfə üzümə zərbələr endirdi.
Zərbələrin təsirindən burnumda və alnımda xəsarətlər yarandı. Sonra 3 nəfər başıma, boynuma və bədənimə zərbələr endirdi. Sonra avtobusdan düşdük, yerdə yenə dava davam elədi”.
Təqsirləndirilən şəxs Turqay Kərimli Həsənağanı döymədiyini, ona söyüş söydüyü üçün xəbərdarlıq etdiyini bildirib.
Abşeron Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli hökmü ilə avtobusda kişini döyərək xəsarətlər yetirən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib.
Ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə Bakı və Abşeronun hüdudlarını, eləcə də saat 23:00- dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Taleh BAĞIROV