-
- 21-02-2019, 14:54
- 857
Metrolarda yeni ventilyatorlar quraşdırılacaq
Cari il ərzində metropolitendə istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bununla əlaqədar ötən il dünyanın aparıcı şirkətlərinin məhsullarının monitorinqi aparılaraq, yekun nəticə kimi, ən sərfəli, səmərəli və Bakı metropoliteninin bütün tələblərini nəzərə alan variant seçilməklə, Rusiyanın “Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti ilə müqavilə bağlanılıb. Həmin saziş əsasında bu ilin may ayına qədər müəssisənin istehsalı olan 7 ventilyator Bakıya gətiriləcək. Bu yaxınlarda "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində “Ventprom”un baş ofisində və səhmdar cəmiyyətinin Artyomvskda yerləşən zavodunda olub, sifariş edilən qurğuların zavod şəratində sınaqdan çıxarılması prosesində iştirak edib. “Bakı Metropoliteni” QSC nümayəndəsinin tələbi ilə sınaq prosesi ventilyatorun qarşısında tuneli imitasiya edən aerodinamik boru quraşdırılaraq, qurğunun bütün texniki parametrləri yoxlanılmaqla aparılıb.
Nigar MƏMMƏDLİ