Ağ Ev: Kaxovka SES-in partladılmasına görə Rusiya məsuliyyət daşıyır
    • 8-06-2023, 08:40
    • 263

Ağ Ev: Kaxovka SES-in partladılmasına görə Rusiya məsuliyyət daşıyır

Ağ Ev Kaxovka su elektrik stansiyasının dağıdılmasına görə Rusiyanının məsuliyyət daşıdığını bildirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jan-Pyer brifinqdə deyib. 

O qeyd edib ki, Birləşmiş Ştatlar hələ də baş verənlərlə bağlı məlumat toplayır, lakin istənilən halda məsuliyyət Rusiyanın üzərinə düşür. 

"Bu bənd Rusiyanın nəzarəti altında idi və onlar bu müharibənin törətdiyi dağıntılara görə məsuliyyət daşıyırlar. Biz bu çətin zamanda Ukrayna xalqını dəstəkləmək üçün əlimizdən gələni edəcəyik" - deyə Karine Jan-Pyer bildirib.