-
- 8-06-2023, 08:57
- 234
Altı aydan bir kritik koronavirus dalğası ola bilər - Hər həftə 65 milyon insan...
Çində hər altı aydan bir irimiqyaslı koronavirus (COVID-19) infeksiyası dalğaları proqnozlaşdırılır. Daimi yoluxma dövrləri insanlıq üçün daha təhlükəli olan yeni variantların yaranmasına səbəb ola bilər.
News24.az xəbər verir ki, bunu Sietldəki Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun epidemioloqu Əli MakDad Çində son koronavirus epidemiyasını şərh edərkən deyib.
"Təəssüf ki, bu virusla bağlı yeni reallıq ondan ibarətdir ki, bizdə yenidən yoluxmalar olacaq... Bu virusun hazırkılarla rəqabət apara bilən və daha ciddiləşə biləcək yeni variant yaradacağından qorxular var"- deyə MakDad vurğulayıb.
Epidemioloq qeyd edib ki, "COVID-19"-da mövcud artım ilk dəfə Hindistanda aşkarlanan "Omicron" ştammının XBB.1.5 adlı yüksək yoluxucu subvariantının əhali arasında yayıkması ilə bağlıdır.
Çinli respirator virus mütəxəssisi Nanşan Zhong-a görə, iyun ayının sonuna qədər hər həftə 65 milyona qədər insan koronavirusa yoluxa bilər. /Nature Communications/