Görmə qabiliyyətini itirən kişi vəfat edən həyat yoldaşı sayəsində sərvət qazandı
    • 8-06-2023, 09:17
    • 133

Görmə qabiliyyətini itirən kişi vəfat edən həyat yoldaşı sayəsində sərvət qazandı

Görmə qabiliyyətini itirmiş britaniyalı Elon Mizon poçt kodu lotereyasında vəfat edən həyat yoldaşı sayəsində qalib olub.

News24.az xəbər verir ki, 77 yaşlı britaniyalı 4 milyon dollarlıq ümumi mükafat fondundan 493 min 076 dollar qazanıb.

Mizon qalibiyyəti “möcüzə” adlandırıb. 

“Di (Mizonun vəfat edən həyat yoldaşı) hədsiz sevinəcəkdi. Mənə Poçt Kodu Lotereyası bileti aldı. O, ağıllı idi. Mənə qayğı göstərirdi" - deyə E.Mizon bildirib. /New York Post/