Messi "Barselona"-nın təklifini buna görə qəbul etmədi - SƏBƏB AÇIQLANDI
    • 8-06-2023, 09:37
    • 282

Messi "Barselona"-nın təklifini buna görə qəbul etmədi - SƏBƏB AÇIQLANDI

"Paris Saint-Germain"-dən ayrıldıqdan sonra verəcəyi qərar maraqla gözlənilən məşhur futbolçu Lionel Messinin karyerasını "İnter Mayami"də davam etdirəcəyi bəlli olub.

News24.az xəbər verir ki, Kataloniya nəhəngi adı "Barselona" ilə hallanan argentinalı ulduzla bağlı açıqlama edib. 

"İyunun 5-də, Lionel Messinin atası və nümayəndəsi Xorxe Messi, "Barselona"dan təklif almasına baxmayaraq, oyunçunun "İnter Mayami"yə keçmək qərarı barədə kluba məlumat verib. Klub prezidenti Laporta Messinin son illərdə üzləşdiyi təzyiq və diqqət mərkəzindən uzaq, daha az tələbatlı liqada mübarizə aparmaq qərarına hörmət etdi" - deyə açıqlamada bildirilib. /Haberler.com/