Aktrisanın serialdakı gəlinliyi bəyənilmədi - CAVABI GÜLDÜRDÜ - FOTOLAR
    • 8-06-2023, 09:47
    • 527

Aktrisanın serialdakı gəlinliyi bəyənilmədi - CAVABI GÜLDÜRDÜ - FOTOLAR

"Kızılcık şerbeti" serialında "Nursəma" obrazını canlandıran və son bölümdə geyindiyi gəlinliyi bəyənilməyən aktrisa Ceren Karakoç susqunluğunu pozub.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən axşam həmkarı Serkan Tınmazla mükafatlandırma mərasiminə qatılan Ceren Karakoç aparıcı Kadir Ezildi ilə görüşüb.

Serialın pərəstişkarı olan Ezildi Karakoça "Axtardım və Nursəmanı tapdım. Bütün izləyicilərin adından soruşum. O gəlinliyi haradan tapdın?" sualını verib. 

Aktrisanın cavabı isə hər kəsi güldürüb. C.Karakoç ""Ümid aldı. Pulu yoxdur, nə edim?" deyib.