-
- 8-06-2023, 12:08
- 293
Sahibsiz it problemi təhlükə saçır: "Azyaşlı uşaqları diqqətsiz qoymayın"
Bakının əksər ərazilərində sahibsiz itlər görmək artıq adi hala çevrilib. Bu haldan ən çox narahat olanlar isə valideynlərdir.
News24.az xəbər verir ki, azxeber.com-a daxil olan şikayət əsasında valideyn bildirib ki, uşaqlarını itlərin kütləvi şəkildə toplaşdığı binanın qarşısından hər gün keçirməli olurlar.
Valideynlər sahibsiz itlərin daha çox uşaqlara hücum etməsindən və ona hər hansısa bir təhlükə yaratmasından qorxurlar.
Şikayətdə qeyd olunan ünvan isə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi olub.
Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib:
"Məsələ tərəfimizdən ətraflı araşdırılıb. Araşdırma zamanı məlum olub ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var. Bakı şəhəri ərazisində yerləşən "Toplan" sahibsiz itlərə qayğı mərkəzi ilə tərəfimizdən təmas qurulub, lakin onlar ancaq Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərmələri barəsində məlumat veriblər. Sahibsiz itlərə qarşı istər hüquqi müstəvidə, istər hümanist davranma, istərsə də insanlıq dəyərləri nöqteyi nəzərindən tərəfimizdən hər hansı bir radikal addım atılmayıb. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb. Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Sakinlərdən isə sahibsiz heyvanlara qarşı humanist davranmağı, azyaşlı uşaqları isə diqqətsiz qoymamağı xahiş edirik”.