-
- 21-02-2019, 16:38
- 756
14 əcnəbi vətəndaşın saxta sənədlərlə sərhəddən keçmək cəhdinin qarşısı alınıb
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-nin mətbuat xidmətindən News24.Az-a verilən məlumata görə son günlərdə 14 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır.
31 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Daşkənd-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşları 1989-cu il təvəllüdlü Radjabov Muzaffarın və 1993-cü il təvəllüdlü Abdurasulova Mukhiranın sərhəd naryadına təqdim etdikləri sənədlərdə saxtalaşdırma əlamətləri aşkar olunmuş, dərinləşdirilmiş yoxlama zamanı şübhələr təsdiqini tapmışdlr.
02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bağdad-Bakı-Frankfurt reysi ilə tranzit gedən 1963-cü il təvəllüdlü Kassar Ahwood Attianın təqdim etdiyi İsveçə məxsus pasportun saxta olması aşkarlanmışdır. Şəxsin üzərinə baxış zamanı İraq vətəndaşı 1951-ci il təvəllüdlü Huda Esttaifan İssaya məxsus pasport aşkar olunmuşdur.
02 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Doha-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1975-ci il təvəllüdlü Laiq Khanın təqdim etdiyi pasportun 1988-ci il təvəllüdlü Gopang Din Muhammada məxsus olması müəyyən edilmişdir Şəxsin üzərinə baxış zamanı ona məxsus Pakistan sürücülük vəsiqəsi aşkar olunmuşdur.
04 fevral tarixində “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Ukrayna vətəndaşı 1974-cü il təvəllüdlü Bədəlova Diləfruzun sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırılması müəyyən olunmuşdur.
06 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1979-cu il təvəllüdlü Shoeva Bibigulün pasportunda saxtalaşdırma əlamətləri aşkar olunmuşdur.
08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1996-cı il təvəllüdlü Abideen Zain Ulun sərhəd nəzarətinə təqdim etdiyi Portuqaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu müəyyən edilmişdir.
08 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Kiyev-Helsinki reysi ilə tranzit gedən Pakistan vətəndaşı 1988-ci il təvəllüdlü Sheikh Muhammad Avvaisin təqdim etdiyi İtaliyaya məxsus daimi yaşayış kartının saxta olduğu aşkarlanmışdır.
10 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1978-ci il təvəllüdlü Murodova Dilovar sərhəd nəzarətinə təqdim etdiyi pasportunun saxtalaşdırması müəyyən edilmişdir.
13 fevral tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Özbəkistan vətəndaşı 1987-ci il təvəllüdlü Boynazarov Ozodun pasportunun saxtalaşdırlması aşkarlanmışdır.
14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Salem Waqas və 1997-ci il təvəllüdlü Khadim Saadın sərhəd nəzarətinə təqdim etdikləri pasportlara vurulmuş Danimarkaya məxsus Şengen vizasının tam saxta olması müəyyən edilmişdir.
14 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul-Vankuver reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Akashdeep Singhin pasportuna vurulmuş Kanadaya məxsus vizanın tam saxta olduğu aşkarlanmışdır.
15 fevral tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçub gedən Türkiyə vətəndaşı 1990-cı il təvəllüdlü Durmaz Remzinin sərhəd nəzarətinə təqdim etdiyi Bolqarıstana məxsus pasportun saxta olmasına şübhə yaranmış və laboratoriya şəraitində yoxlanılan zaman təsdiqini tapmışdır.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür.
News24.Az