Ukrayna Avropa Komissiyasına nota verdi
    • 8-06-2023, 19:20
    • 216

Ukrayna Avropa Komissiyasına nota verdi

Ukrayna Rusiya ilə nüvə sənayesində əməkdaşlığın mümkün intensivləşməsi ilə əlaqədar Avropa Komissiyasına etiraz notası göndərib.

News24.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu haqda Ukraynanın Baş naziri Denis Şmıqal məlumat yayıb.

““Rosatom” Putin rejiminin bir hissəsidir, onun terror hərəkətlərini dəstəkləyir və nüvə obyektlərini təhlükə altına qoyur”, - deyə bildirib.

Baş nazirin sözlərinə görə, Ukrayna Macarıstanda nüvə reaktorlarının tikintisi layihəsinin “Rosatom” tərəfindən həyata keçirilməsi ilə bağlı ilkin qərara yenidən baxılacağını gözləyir.