Ətin qiyməti "kəllə çarxa" qalxdı
    • 20-11-2024, 03:41
    • 21 162

Ətin qiyməti "kəllə çarxa" qalxdı

Türkiyədə qırmızı ətin qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, son bir ayda həm qəssablarda, həm də marketlərdə qiymə və quşbaşı ətin qiyməti 10-15 faiz artıb.

Sənaye nümayəndələri ilin sonuna qədər qiymə ətinin kiloqramı 700 lirəni (34.37 AZN) keçəcəyini proqnozlaşdırıb. 

Qeyd edək ki, Türkiyədə son 6 aydır sabit olan qırmızı ətin qiyməti noyabr ayından etibarən artmağa başlayıb. Xüsusən də qəssablarında qiymə ətinin kiloqramının qiyməti 600 lirədən 650-680 lirəyə, yerli quşbaşı mal isə 600 lirədən 700 lirəyə qalxıb. Marketlərdə son bir ayda qiymə 350 lirədən 420-450 lirəyə, xaricdən gətirilən quşbaşı ət isə 490 lirədən 550 lirəyə yüksəlib.