İranda daşqın: 2 nəfər ölüb, 5 nəfər yaralanıb
    • 8-06-2023, 21:12
    • 241

İranda daşqın: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

İranın İsfahan vilayətində daşqınlar nəticəsində azı 2 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 5 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. Daşqınlar azı 15 evin dağılmasına səbəb olub.