NATO-nun ilk qadın mətbuat katibi vəzifəsindən ayrılacaq
    • 9-06-2023, 11:00
    • 216

NATO-nun ilk qadın mətbuat katibi vəzifəsindən ayrılacaq

NATO-nun ilk qadın mətbuat katibi Oana Lunçesku vəzifəsindən ayrılacağını bəyan edib.

News24.az xəbər verir ki, NATO-nun sözçüsü bu barədə özü bildirib.

O, avqustun sonunda vəzifədən ayrılacağını bəyan edib.

Qeyd edək ki, BBC-dəki uzunmüddətli karyerasından sonra 2010-cu ildə keçmiş Baş katib Anders Foq Rasmussen tərəfindən bu posta təyin edilən və 2014-cü ildə Yens Stoltenberq tərəfindən səlahiyyəti yenidən uzadılan xanım Lunçesku eyni zamanda NATO-nun ən uzunmüddətli sözçüsü və yaxın tarixdə bu vəzifədə çalışan ilk jurnalistdir. O, iyulun ortalarında NATO-nun Vilnüs sammitindən sonra postu müavini Dilan Uayta təhvil verəcək.