Bayılda bir qrup sakin təhlükə ilə üzləşib - VİDEO
    • 9-06-2023, 13:10
    • 285

Bayılda bir qrup sakin təhlükə ilə üzləşib - VİDEO

Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.

Xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar. Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.

News24.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hadisə iyun ayının 6-sı baş verib.

2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.

Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən "Xəzər Xəbər"ə bildirildi ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan təhlükəsi faktoru olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: