-
- 9-06-2023, 14:01
- 521
Azərbaycanda sığorta agentləri qaz vurub, qazan doldurur - Milyonlarla gəlir
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın sığorta və təkrarsığorta şirkətlərinin işlərin aparılması ilə bağlı xərcləri 61 milyon 675,3 min manat təşkil edib ki, bu da 2022-ci ilin birinci rübünün göstəricisindən 36,7% çoxdur.
News24.az xəbər verir ki, bu barədə sığorta bazarındakı mənbə məlumat verib.
Xərclərin 23.3%-i – 14 milyon 347,5 min manat (artım 46%) agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb.
17 milyon 905,2 min manat (artım 12,2%) və ya xərclərin 29%-i əmək haqlarının ödənilməsinə yönəldilib. Şirkətlərin əməliyyat xərcləri 2 milyon 438,5 min manat (artım 10,2%), sosial ayırmalar 3 milyon 69,1 min manat (artım 13,9%), icarə ödənişləri 2 milyon 55,6 min manat (artım 15,3%) təşkil edib.
Bundan başqa, sığorta sektoru reklama 1 milyon 909,7 min manat (artım 3 dəfə) yönəldib.
2022-ci ildə Azərbaycanın sığorta və təkrarsığorta şirkətləri agentlərə komissiya haqqı ödənişlərinə 43 milyon 606,3 min manat yönəldib (2021-ci illə müqayisədə azalma 19,7%). Ötən il sığorta və təkrarsığorta şirkətlərinin xərclərinin 20,9%-i agentlərə komissiya haqqı ödənişlərinin payına düşüb. /İnterfaks-Azərbaycan/