2025-ci ildə buna hazır olun: yüksək inflyasiya, bahalaşma...
    • 9-06-2023, 14:26
    • 348

2025-ci ildə buna hazır olun: yüksək inflyasiya, bahalaşma...

Dünya Mərkəzi Bankının səyləri və 2023-cü ildə dəyər artımının azalması sayəsində neft bahalaşıb. Bu səbəbdən inflyasiya 2025-2026-cı illərdə yüksək sürətlə artmağa başlaya bilər.

News24.az xəbər verir ki, bu barədə "M. I. Achkasov & Co"nun idarəedici direktoru Maksim Açkasov deyib.

Onun sözlərinə görə, bu il gecikmiş inflyasiya prosesi müvəqqəti ola bilər. Ərzaq qiymətlərindəki əhəmiyyətli artım da bunu təsdiqləyir.

"2025-2026-cı illərdə daha yüksək inflyasiya səviyyəsinin qayıdacağı gözlənilir - 2023-cü ildə gözlənilən 4-5% dəhlizlə müqayisədə 5-7%...", - Açkasov bildirib.

Ekspert izah edib ki, qiymət artımının sənaye metallarının və xammalın dəyərinin inkişafı ilə əlaqəsi olacaq. Məsələn, Brent markalı neftin barrelinin 2024-cü ildə 100-130 dollara, 2025-ci ildə isə 103-135 dollara başa gələcəyi ehtimal edilir. Açkasov, bir barelin qiymətindəki dəyişikliyin inflyasiyanın artmasına güclü təsir göstərəcəyini bildirib./publika/