-
- 6-12-2022, 12:54
- 6 729
Əhaliyə ŞAD XƏBƏR: 2023-cü ildə qiymətlər UCUZLAŞACAQ
"İlkin proqnoz ondan ibarətdir ki, mövcud şərtlər və xüsusən də xarici faktorlar çərçivəsində 2023-cü ildə nisbətən inflyasiya səviyyəsi aşağı düşəcək".
Bu sözləri News24.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.
O bildirib ki, 2023-cü ildə inflyasiya səviyyəsinin 2022-ci illə müqayisədə azalacağı gözlənilir: "İnkişaf etmiş ölkələrdə 2023-cü ildə inflyasiya səviyyəsinin 2022-ci illə müqayisədə azalacağı gözlənilir. Həm Avropa İttifaqı, həm ABŞ qiymət artımlarının gələn il müəyyən qədər səngiyəcəyini proqnozlaşdırır. Bu da ondan xəbər verir ki, 2023-cü ildə idxal inflyasiyası 2022-ci illə müqayisədə az olacaq. Azərbaycanda Mərkəzi Bank 2023-cü ildə inflyasiya səviyyəsinin 6.7 faiz olacağı planlaşdırılır. Hökümət 2023-cü ildə qiymət artımlarının 1 rəqəmli həddə olacağını proqnozlaşdırır".
İqtisadçı əlavə edib ki, qarşıdakı ildə inflyasiya səviyyəsi azalsa da, yerli istehsalın genişləndirilməsi prioritet olaraq qalır: "Bütün hallarda idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının xərcinə və qiymətinə xarici ölkələrdəki inflyasiya səviyyəsi birbaşa təsir göstərir. Baxmayaraq ki, gələn il üçün inflyasiya səviyyəsinin azalması proqnozlaşdırılır, amma bütün hallarda idxalın minimumlaşdırılması və yerli istehsalın genişləndirilməsi ilə bağlı siyasətin dərinləşdirilməsi və genişləndirilməsi vacibdir. Bu, Azərbaycan istehlak bazarında idxal inflyasiya və ya xarici ölkələrdəki qiymət dəyişikliklərinin minimumlaşdırılmasına gətirib çıxara bilər".
Millət vəkili qiymət artımının səbəbindən də danışıb: "Rəsmi proqnozlarla müqayisədə istehlak bazarında daha çox qiymət artımı müşahidə olundu. Bu həm də idxal inflyasiya ilə bağlı idi. Çünki Rusiya-Ukrayna müharibəsi dünya bazarında qiymətlərin artmasına və nəticə etibarı ilə idxal inflyasiya artmasına gətirib çıxarmışdı".
Qumral Əliyeva