Saakaşvilinin hədəfi açıqlandı – Baş nazir olmaq istəyir
    • 9-06-2023, 16:34
    • 374

Saakaşvilinin hədəfi açıqlandı – Baş nazir olmaq istəyir

“Hazırda əcnəbilərin Gürcüstanda səsvermə hüququ yoxdur”.

News24.az xəbər verir ki, Gürcüstan ədliyyə naziri Rati Breqadze müxalif Vahid Milli Hərəkat Partiyasının 2024-cü il seçkilərində sabiq prezident Mixail Saakaşvilinin namizədliyini irəli sürmək planına belə cavab verib.

“Başqa ölkənin vətəndaşının Gürcüstan baş naziri olub siyasətlə məşğul olması ilə bağlı sualı doğrudan da yumoristikdir. Bu yolla xarici dövlətin vətəndaşının Gürcüstan siyasətində iştirakı baş tuta bilməz. Ona Gürcüstan vətəndaşlığı lazımdır”, - Breqadze deyib.

Onun sözlərinə görə, Saakaşvilinin hazırda Gürcüstan vətəndaşlığı yoxdur, bu səbəbdən dövlətin siyasətində iştirak edə bilməz.

Mixail Saakaşvili Ukrayna vətəndaşıdır. /teleqraf.com/