Bu yolda sola dönənlər cərimələnəcək - nişanlara dəyişiklik olundu
    • Bu gün, 18:43
    • 158

Bu yolda sola dönənlər cərimələnəcək - nişanlara dəyişiklik olundu

Paytaxtın Akim Abbasov küçəsindən sola- Həsən bəy Zərdabi küçəsinə dönən sürücülər kütləvi şəkildə cərimə edilirdi.

News24.az xəbər verir ki, yol nişanları arasında olan ziddiyət sürücülərdə çaşqınlıq yaradırdı. Bu isə onların cərimələnməsi ilə nəticələnirdi.

Həmin yolda cərimələnən sürücülərdən biri vəziyyəti qeyd alaraq, videogörüntü vasitəsilə digər sürücülərə hüquqlarını izah edib. Belə ki, yol kənarındakı 5.8.1 məlumatverici nişan sürücülərə yalnız düzünə və sağa hərəkət etməyə icazə verirdi. Lakin svetofor qarşısında yerləşən 4.1.4 nişanı bu məhdudiyyətin kəsişmə yerində qüvvədən düşdüyünü göstərir və sola, həmçinin geriyə dönmənin mümkün olduğunu bildirirdi. Buna baxmayaraq, polis əməkdaşları sürücüləri cərimələyirdi.

Çəkiliş aparan sürücü əsassız yerə cərimələndiyi üçün DYP-nin 902 qaynar xəttinə zəng edərək mövcud vəziyyətlə bağlı şikayətini bildirib. Nişanlar arasında ziddiyətin olduğunu 902 qaynar xətti də təsdiq edib. Bundan sonra məsələ araşdırılıb və yolayrıcı qarşısında quraşdırılmış 4.1.4 nişanı oradan götürülüb.

Qeyd edək ki, 5.8.1 nişanı olduğu kimi qüvvədə qalıb. Bundan sonra həmin kəsişmədən yalnız düzünə və sağa hərəkət etmək mümkün olacaq. Sola və geriyə dönən sürücülər əsaslı şəkildə məsuliyyətə cəlb ediləcək. /Avtosfer.az