Ağdaşda kanalda batan yeniyetmənin axtarışları davam etdirilir - VİDEO
    • 10-06-2023, 12:08
    • 232

Ağdaşda kanalda batan yeniyetmənin axtarışları davam etdirilir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin dalğıcları su kanalında batması ehtimal olunan şəxsin axtarışlarını davam etdirir.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun axtarışlarına başlayıblar.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.