Yuxarı Qarabağ kanalında bir nəfər batdı
    • 24-09-2021, 12:10
    • 371

Yuxarı Qarabağ kanalında bir nəfər batdı

Yuxarı Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə News24.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.