Olimpiadada ilk dəfə istənilən şəxs marafon yarışında iştirak edə biləcək
    • 21-02-2019, 19:03
    • 930

Olimpiadada ilk dəfə istənilən şəxs marafon yarışında iştirak edə biləcək

2024-cü il Paris Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq marafon yarışı açıq rejimdə keçiriləcək.

Yarışda həvəskarlar da iştirak edə biləcəklər. 
Marafona qatılacaq şəxslər üçün istək və imkanları daxilində müxtəlif məsafələr təklif olunacaq.
Qeyd edək ki, 2024-cü il Paris Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda keçiriləcək. Marafon yarışı 42 kilometr 195 metri əhatə edir.

//Report