İstanbulda İŞİD əməliyyatı: saxlanılanlar var
    • 10-06-2023, 15:56
    • 312

İstanbulda İŞİD əməliyyatı: saxlanılanlar var

Türkiyə polisi İstanbulda İŞİD-ə qarşı növbəti əməliyyatını keçirib.

News24.az xəbər verir ki, əməliyyat çərçivəsində 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Onlardan “Ninova (Mosul) Bölgəsi hakimi” Cəlal İsmayıl Əhməd də daxil olmaqla, 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Digər 3 nəfərin isə prokurorluqda ifadələri alınır.