SOCAR-ın zavodunda yanğın: xəsarət alan var
    • 13-06-2023, 14:39
    • 172

SOCAR-ın zavodunda yanğın: xəsarət alan var

Xəbər verdiyimiz kimi, iyunun 13-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.

“SOCAR Downstream Management” MMC-dən News24.az-a verilən məlumatda bildirilib ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.

Bildirilib ki, yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub:

“Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir. Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb”.

Rəsmi məlumata görə, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.