Siyəzəndə yaşayış binasında partlayış, yaralılar var
    • 13-06-2023, 21:54
    • 270

Siyəzəndə yaşayış binasında partlayış, yaralılar var

Siyəzəndə yaşayış binasında partlayış olub.

News24.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb.

İlkin məlumata görə hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Sakinlər binadan təxliyə olunub.

Partlayışın səbəbi araşdırlır.