Blinken NATO-nun Baş katibi ilə görüşüb
    • 14-06-2023, 00:14
    • 351

Blinken NATO-nun Baş katibi ilə görüşüb

ABŞ dövlət katibi Entoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Tvitterdə bildirib.

“Bu gün NATO-nun Baş katibi Yens Stoltenberq ilə əla görüş keçirdik. İyulda baş tutacaq NATO-nun Vilnüs Zirvəsini, Müttəfiqlərin Ukraynaya davamlı dəstəyi, İsveçin Alyansa üzvlük prosesinin irəliləməsi və Alyansın digər prioritetlərini müzakirə etdik” – amerikalı diplomat vurğulayıb.