-
- 14-06-2023, 10:50
- 316
Nazirlərin Vaşinqton görüşü niyə təxirə salınıb? - ABŞ-dan AÇIQLAMA
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların növbəti raundu planlaşdırma problemləri səbəbindən təxirə salınıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə bildirib.
“Təəssüf ki, bu görüş planlaşdırma məsələlərinə görə baş tutmadı və biz bunun mümkün qədər tez baş tutmasını səbirsizliklə gözləyirik”, - Miller bildirib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, tərəflər dinc dialoqu davam etdirirlər. Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanmaqda davam edir. “Biz hesab edirik ki, razılaşma əldə edilə bilər”, - amerikalı diplomat bildirib.
Bundan əvvəl XİN rəhbərlərinin Vaşinqtonda görüşü 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Daha əvvəl bildirilmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Ermənistan tərəfi görüşün təxirə salınmasına görə Bakını günahlandırırdı. Hətta Ermənistan parlamentinin sədri Alen Simonyan iddia edib ki, XİN rəhbərləri arasında danışıqlar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ilə əlaqədar təxirə salınıb.
Akqabay