ABŞ bu ölkəyə hərbi texnika satacaq
Dünya
ABŞ Müdafiə Nazirliyi İspaniyaya F-404 mühərrik ventilyatorları və əlaqəli avadanlıqların potensial satışını təsdiqləyib.
News24.az xəbər verir ki, Pentaqonun tərkibində fəaliyyət göstərən Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı açıqlamaya görə, sözügedən satışın təxmini dəyəri 200 milyon dollar təşkil edir.
Bildirilib ki, bu satış İspaniyanın mövcud və gələcək təhlükələrə cavabvermə imkanlarını gücləndirəcək, eyni zamanda ABŞ və müttəfiq qüvvələrlə qarşılıqlı fəaliyyət səviyyəsini artıracaq.