Həbsdə olan general əməliyyat olundu - FOTO
    • 14-06-2023, 13:16
    • 269

Həbsdə olan general əməliyyat olundu - FOTO

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov əməliyyat olunub.

News24.az xəbər verir ki, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyat keçirib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə məlumatı təsdiqləyib.

O bildirib ki, müvəkkili əməliyyatdan sonra Pentensiar Xidmətin Müalicə müəsisəsinə yerləşdirilib:

“Nizami Məmmədov xəstəxanada anjoqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”.

Qeyd edək ki, Nizami Məmmədov ötən ilin martında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.